"Qalatasaray"ın ilk transferi: 11,5 milyon avro

"Qalatasaray"ın ilk transferi:   11,5 milyon avro
14:57 15 İyun 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

Brumanı 15 milyon avroya "Leypsiq"ə satan "Qalatasaray" bir müddətdi danışıqlar apardığı Bafetimbi Qomislə anlaşıb. Fanat.Az xəbər verir ki, İstanbul klubu futbolçunun müqavilə ilə bağlı olduğu "Suonsi" ilə də razılıq əldə edib


Anlaşmaya əsasən, "Qalatasaray" İngiltərə klubuna 2,5 milyon avro transfer haqqı ödəyəcək. Qomis 3 illik müqavilə imzalayacaq və hər ilə görə 3 milyon avro maaş alacaq.


Beləliklə, matçbaşı və bonuslar nəzərə alınmasa, bu transfer "Qalatasaray"a 11,5 milyon avroya başa gələcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquotn-ilk-transferi-t58703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR