Bitkoin kəskin ucuzlaşıb

Bitkoin kəskin ucuzlaşıb
14:57 15 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 iyun. REPORT.AZ/ Virtual kriptovalyuta kimi tanınan bitkoinin məzənnəsi bu gün 20%-ə yaxın azalıb. "Report" xəbər verir ki, bitkoin dünənə nisbətən 555 dollar ucuzlaşaraq 2211 dollara gerilədikdən sonra hazırda 2430 dollara satılır. Qeyd edək ki, bitkoinin qiyməti bu il 3 dəfədən də çox artım göstərərək 3000 dollara çatıb. Bu səviyyə investorların satışa başlaması və mənfəətlərini realizə etməsi üçün cəlbedici olub.
"Strategic Investment Conference"də çıxış edən "The Global Macro Investor" icmalının müəllifi və fond meneceri Raul Pol bildirib ki, bitkoinlə baş verən hadisə "xəstəlik"dir: "Hazırda bitkoinin qiyməti şişib və hər an partlaya bilər. Bitkoin kapitalın qorunması vasitəsi kimi istifadə edilə bilməz".
"Report"un analitik qrupu texniki təhlillərə əsaslanaraq bitkoinin qiymətinin 1800 dollara qədər düşəcəyini proqnozlaşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bitkoinin-mezennesi-keskin-ucuzlasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR