Azərbaycanda təhsil almış kosmetoloqun “silikon qurbanı” xilas edildi - FOTO

Azərbaycanda təhsil almış kosmetoloqun “silikon qurbanı” xilas edildi - FOTO
15:03 15 İyun 2017
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir müddət öncə Azərbaycanda səhiyyə təhsili aldığını iddia edən türkiyəli bir xanımın öz həmvətəninin dodaqlarına silikon qoyarkən onun başına açdığı bəla Türkiyə mediasında gündəm olmuşdu.

Saç ustası özünü həkim kimi təqdim etdi, qızın dodaqlarını bu hala saldı - FOTO

Publika.az xəbər verir ki, özünü kosmetoloq kimi “qələmə verən”, əslində gözəllik salonunda adi bir işçi olan Soner G. 22 yaşlı Merve Keleşin istəyi ilə onun dodaqlarına silikon qoymuş, lakin sonra silikon şişərək Keleşin görkəmini iyrənc hala gətirmişdi və həyatı bir anda alt-üst olmuşdu. Həkimə müraciət edən Merve dodaqlarını birdəfəlik itirmə təhlükəsi ilə üz-üzə qalmışdı.

Keleş o gündən sonra xəstəxanada qalıb və dodaqlarını itirməmək üçün müalicə alıb. Təxminən 2 ay xəstəxanada yatan qız keçirdiyi bir sıra əməliyyatdan sonra sağlamlığına qovuşub. Son fotosunu instaqram hesabında paylaşan Merve "Bəli buradayam və yaşayıram. Həyat bəzi çətinliklər və səhvlər çıxarır qarşımıza. Hələ də gülə bilirəm. Hər yeni günə şükr edirəm” sözlərini yazıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/202669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR