Putindən Senatın sanksiya qərarına münasibət

Putindən Senatın sanksiya qərarına münasibət
15:17 15 İyun 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Əgər Qərb Rusiyaya qarşı sanksiyaları aradan qaldırsa, Moskva da cavab tədbirlərini ləğv etməyə məcbur olacaq.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin televiziya tamaşaçıları ilə "Canlı əlaqə" zamanı deyib.

O bildirib ki, sanksiyalar nəticəsində Moskva 50-52 milyard dollar itirdiyi halda, sanksiyaları qəbul edən ölkələr 100 milyard dollar itirib.

Putin qeyd edib ki, yerli istehsalçılar daxili bazarın tələbatını qarşılamaq üçün əlindən gələni ediblər. Onun sözlərinə görə, nəticədə inflyasiya ən aşağı həddə düşüb, istehsal olunan məhsulun keyfiyyəti isə getdikcə artır.

Qeyd edək ki, ABŞ Senatı dünən Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/554643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR