Türkiyə Mərkəzi Bankı faizləri sabit saxlayıb

Türkiyə Mərkəzi Bankı faizləri sabit saxlayıb
15:22 15 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 iyun. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün keçirdiyi növbəti iclasında faizləri dəyişdirməyərək sabit saxlayıb.
Bununla da həftəlik repo faizi (uçot dərəcəsi), borclanma faizi (faiz dəhlizinin aşağı həddi), marjinal borcvermə faizi (faiz dəhlizinin yuxarı həddi) və gec likvidlik pəncərəsi (GLP) borcvermə faizləri dəyişməyib. Qeyd edək ki, bundan əvvəlki iclasda TCMB uçot dərəcəsini 8%, faiz dəhlizinin aşağ və yuxarı hədlərini 7,25% və 9,25% səviyyəsində sabit saxlayıb, GLP-ni isə 11,75%-dən 12,25%-ə yüksəldib.
"Report"un analitik qrupu TCMB iclasının nəticələrinin ölkədə dolların məzənnəsinə ciddi təsir göstərməyəcəyini bildirir. Yay aylarında dolların məzənnəsinin 3,45-3,65 TRY/USD diapazonunda dalğalanacağı proqnozlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkiye-merkezi-bankinin-faizleri-sabit-saxlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR