Sabiq nazirə hücum edildi

Sabiq nazirə hücum edildi
15:42 15 İyun 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın sabiq ekologiya və energetika naziri xanım Natali Kosçyuşko-Morize hücuma məruz qalıb.

Qafqazinfo xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

İnsident paytaxt Parisin 5-ci dairəsində baş verib. Hadisə zamanı "Respublikaçılar" partiyasının namizədi təbliğat aparırdı.

Naməlum kişi ona yaxınlaşaraq əvvəl təhqir edib, daha sonra isə vurmaq istəyib. Yerə yıxılan xanım namizədin başı daşa dəydi. O, həkimlər gələnədək bir neçə dəqiqə huşsuz vəziyyətdə qalıb. Natali Kosçyuşko-Morize xəstəxanaya yerləşdirilib.

Hücum edən şəxs hadisə yerindən qaçaraq gizlənə bilib.

Qeyd edək ki, Parlament seçkilərinin ilk turu bazar günü, iyunun 11-də baş tutub. Kosçyuşko-Morize iyunun 18-də keçiriləcək ikinci turda iştirak edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/554650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR