4 metr uzunluğunda diş tapıldı - İNANILMAZ FOTO

4 metr uzunluğunda diş tapıldı - İNANILMAZ FOTO
16:03 15 İyun 2017
71 Digər
Ölkə mətbuatı
A- A+

İndoneziyanın Orta Ceva əyalətində 700 min illik yaşı olan fil qalığı tapılıb.

Publika.az xəbər verir ki, yerli mətbuatın yazdığına görə, əyalətin Banjarejo kəndində tapılan filin nəsli tükənmiş “Stegedon” növünə aid olduğu müəyyən edilib. “Stegedon”un nadir və az rast gəlinən növ olduğu bildirilir. Kəndlilər quyu qazarkən onu təsadüfən aşkarlayıb.

Ərazidə araşdırmalar başlanılıb. Filin 4 metr uzunluğundakı dişinin heç bir zərər görmədiyi, olduğu kimi qaldığı müəyyən edilib. Alimlər bunu inanılmaz kəşf adlandırıblar.

Bu növ fil qalıqlarının Asiya, Afrika və Avropada da kəşf edildiyi bildirilib. 1.2 milyon il əvvəl yaşamış Stegedon fillərin boyunun bugünkü fillərə nisbətən iki dəfə hündür olduğu bildirilir.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/202686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR