Güclü külək damları uçurdu, ağacları aşırdı - "Ömrümdə belə şey görməmişdim" - VİDEO - FOTO

Güclü külək damları uçurdu, ağacları aşırdı - "Ömrümdə belə şey görməmişdim" - VİDEO - FOTO
16:12 15 İyun 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə səhər saatlarında qısa müddətdə əsən güclü külək ziyansız ötüşməyib. 

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində şəhərin Şah İsmayıl Xətai propektində beşmərtəbəli binanın damı uçub. Küləyin gücündən qopan dam örtüyü ətrafdakı tikililərə və ağaclara, kommunal təsərrüfata zərər vurub. Hadisə nəticəsində xəsarət alan olmasa da, binanın ətrafında bir neçə avtomobilə ziyan dəyib. 

Hazırda Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Komissiyasının əməkdaşları əraziyə baxış keçirirlər, dəyən zərər araşdırılır və küləyin fəsadlarının aradan qaldırılması istiqamətində iş aparılır.

Vələddin Zeynalov (sakin): "2 dəqiqə içində külək elə dərəcəyə çatdı ki, görünməyən bir şey oldu. Ömrümdə belə şey görməmişdim. Qaçıb girdim qəzet köşkünə. Bir də gördüm ki, ağaclar düşür".

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

Güclü külək damları uçurdu, ağacları aşırdı -


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/554652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR