İŞİD Bin Ladenin keçmiş mağarasını ələ keçirdi

İŞİD Bin Ladenin keçmiş mağarasını ələ keçirdi
16:33 15 İyun 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşmasının döyüşçüləri Əfqanıstanda Tora-Bora mağara kompleksini tutublar.

Publika.az xəbər verir ki, bu haqda yerli hakimiyyətə istinadən “Röyters” agentliyi bildirib.

Tora-Bora mağara kompleksi Pakistan sərhədinin yaxınlığında - Nanqarhar əyalətindədir. “Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə Bin Ladenin 2001-ci ilin sonunda bu mağaralarda ABŞ Silahlı Qüvvələrindən gizlənirdi.

Agentliyin məlumatına görə, İŞİD Taliban hərəkatının döyüşçüləri ilə döyüşün gedişatında mağara kompleksini ələ keçirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR