Londonun çoxmərtəbəli binasında baş verən yanğının qurbanlarının sayı 17 nəfərə çatıb

Londonun çoxmərtəbəli binasında baş verən yanğının qurbanlarının sayı 17 nəfərə çatıb
16:47 15 İyun 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 iyun. REPORT.AZ/ London polisi çoxmərtəbəli binada baş verən yanğında 17 nəfərin öldüyünü qeyd edib. Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.
Eyni zamanda, polisdən bildiriblər ki, ölənlərin sayı arta bilər. Onlarla insan itkin düşmüş hesab edilir. Qeyd edilir ki, bütövlüklə ailələrin harada olması məlum deyil.
Xəstəxanalara 70-dən çox zərərçəkən yerləşdirilib.
Xilasedicilərin sözlərinə görə, binada sağ qalma ehtimalı artıq sıfıra bərabərdir.
Londonun Şimali Kensinqton bölgəsindəki "Grenfell Tower" binasında yanğın iyunun 14-nə keçən gecə başlayıb. Məlumata görə, binada 600 nəfərə yaxın insan ola bilər. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/londonun-coxmertebeli-binasinda-bas-veren-yanginin-qurbanlarinin-sayi-17-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR