55 yaşlı kişi ildırım vurdu - Zaqatalada

55 yaşlı kişi ildırım vurdu - Zaqatalada
17:13 15 İyun 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalada 55 yaşlı kişi ildırımvurma nəticəsində ölüb.

Publika.az-ın Apa-ya istindən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Üçüncü Tala kəndi inzibati ərazisində baş verib.

Kənd sakini, 55 yaşlı İsa Sahəddin oğlu Bayramov qoyunlarını otarmaq üçün yaxınlıqdakı otlaq sahəyə gedib. Bir neçə saat sonra qoyunların özbaşına qayıtdığını görən oğlu atasına zəng etsə də, telefona cavab verən olmayıb. Oğlu otlaq sahəsinə gedəndə, atasını sahənin ortasında ölmüş vəziyyətdə görüb.

Araşdırma zamanı məlum olub ki, İ. Bayramov ildırım vurub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/202697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR