Putin: “Adaşım, pul haradadır?”

Putin: “Adaşım, pul haradadır?”
17:23 15 İyun 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putinlə keçirilən “Birbaşa xətt”in gedişatında Stavropol diyarının sakinləri dövlət başçısına şikayət ediblər.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu il güclü daşqından zərər çəkən vətəndaşlar dövlətin evləri təmir etmək üçün yardım etmədiyini bildiriblər.

Vladimir Putin isə üzünü Stavropolun qubernatoruna tutub: “Stavropol sakinlərinə dəstək üçün pul köçürülüb. Pul haradadır? 10 min bütün zərər çəkənləri, 50 min əmlakına qismən zərər dəyənlərə, 100 min isə əmlakına tamamilə zərər görənlərə ödənilməlidir. Ümid edirəm, hakimiyyət bu məsələni anlayacaq. Regionun başçısı, mənim adaşım Vladimir Vladimiroviç isə bu gün zərər çəkmiş ailələrlə görüşəcək”.

Daha əvvəl Stavropol diyarının qubernatorunun mətbuat xidməti bildirib ki, qubernator Vladimir Vladimirov ölkə hökumətinin növbədənkənar iclasında təxminən 12 min insanın maddi kömək və kompensasiya aldığını açıqlayıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR