Azərbaycanlı məşqçi rəsmən türk klubunda

Azərbaycanlı məşqçi rəsmən türk klubunda
17:47 15 İyun 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı məşqçi Türkiyə klubu ilə müqavilə bağlayıb. Fanat.Az "Milliyət"ə istinadən xəbər verir ki, Asim İbrahimov 2016/17 mövsümünün sonunda Super Liqanı tərk edən Adana klubu ilə münasibətlərini rəsmiləşdirib.


O, "Adanaspor"un idman direktoru təyin edilib. Bu barədə klubun mətbuat katibi Erkin Doygun açıqlama yayıb. "Adanaspor"un idman direktoru axtarışını başa vurduğunu bildirən klub rəsmisi Asim İbrahimovla anlaşma əldə etdiklərini qeyd edib: "Azərbaycanlı idman mütəxəssisi Asim İbrahimov klubumuzda idman direktoru kimi fəaliyyətə başlayacaq. Türkiyənin qardaş ölkə Azərbaycanla idman münasibətlərini daha da gücləndirəcəyinə inandığımız bu işbirliyi səbəbi ilə Azərbaycanın 15 iyun Qurtuluş Günü münasibəti ilə təbriklərimizi çatdırırıq".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanl-mqci-rsmn-turk-klubunda-t58705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR