Saç tökülməsinin qarşısını alan

Son zamanlar ən çox rast linən problemlərdən biri saç lməsidir.

Metbuat.az xəbər verir ki, problemdən xilas olmaq üçün köməyinizə sarımsaqlı şampun gələcək.

Sarımsaqlı şampun pis qoxusuna rəğmən saçlar üçün yararlı qidalardan biridir. Sarımsağa pis qoxu verən “allicin” adlı maddə sarımsağı faydalı edən səbəbdir. Məhz həmin maddə saç tökülməsinin qarşısını alır.

Sarımsaqlı şampunun hazırlanması

1 baş sarımsaq

1 stəkan süd

1 çay qaşığı zeytun yağı

Bir qədər şampun

Sarımsaqlı şampunun hazırlanması:

Sarımsağı əzin. Sadaladığımız məhsulları qaba alıb çalxalayın. Ən son zeytun yağını əlavə edib qarışdırın.

Qeyd: Sarımsaqlı şampun ilə hər gün saçınızı yusanız, qısa müddətə təsirini görəcəksiniz.

Sarımsağın pis qoxusu olduğu üçün saça vurmaqdan çəkinməyin. Süd və şampun sayəsində pis qoxu gedəcək.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR