Magistraturaya plan yerləri açıqlandı

Magistraturaya plan yerləri açıqlandı
18:08 15 İyun 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

2017-2018-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına ümumilikdə 7709 plan yeri ayrılıb.

Trend-in məlumatına görə, bunlardan 5454-ü Azərbaycan bölməsi, 702-si rus bölməsi, qalan 1553 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticəsinə əsasən 8313 bakalavr ixtisaslaşma seçimi etmək hüququ qazanıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2766921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR