Haiti yığmasının üzvü Azərbaycan klubunda

Haiti yığmasının üzvü Azərbaycan klubunda
19:07 15 İyun 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

"Zirə" növbəti transferini həyata keçirib. Fanat.Az xəbər verir ki, qəsəbə klubu bu dəfə Kervens Belfortu heyətinə qatıb.


Türkiyənin Bolu şəhərində məşqlərini davam etdirən “Zirə” bu gün onunla “1+1” il şərti ilə müqavilə imzalayıb. 


Kervens Belfort karyerasına ölkəsinin “Tempete” klubunda başlayıb. Bundan sonra isə o, Fransanın "Le Man", "Qrenobl", "Etoile Frejus", Isveçrənin "Sion", Cənubi Kiprin "Ethnikos", Türkiyənin "1461 Trabzon" və Hindistanın "Kerala Blasters" klublarında çıxış edib. Hücumçunun son klubu İsveç təmsilçisi “Siriyanska” olub. O, 2017-ci ilin əvvəlində transfer olunduğu klubda 8 oyuna çıxıb.


Kervens Belfort Haiti yığmasının üzvüdü. 25 yaşlı hücumçu 2010-cu ildən dəvət aldığı yığmanın heyətində 40 oyun keçirərək 16 qol vurub. 


Qeyd edək ki, "Zirə" bundan əvvəl Nicat Qurbanov, Orxan Əliyev (hər ikisi "Kəpəz"), Vüqar Mustafayev ("Qarabağ"), Rəşad Sadiqov ("Qəbələ") və David Manqanı ("Hapoel", Aşkelon, İsrail) transfer edib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-haiti-ymasnn-uzvu-azrbaycan-klubunda-t58706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR