Putindən sürpriz addım -

Vladimir Putin Federal Təhqiqatlar Bürosunun sabiq rəhbəri Ceyms Komiyə siyasi sığınacaq verməyə hazır olduqlarını bildirib.

Metbuat.az-ın məlumatına görə, Vladimir Putin, eks FTB rəhbərinin ifadəsi zamanı Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxilə etdiyini xüsusi vurğulamasını qəbul etməyib. Rusiya prezidenti həmçinin Kominin Trampla arasında keçən danışığı mətbuata sızdırmasını səhv addım adlandırıb.

Kominin FTB liderindən daha çox aktivist kimi hərəkət etdiyini vurğulayan Vladimir Putin Edvard Snouden kimi, ona da siyası sığınacaq verməyə hazır olduqlarını bildirib.

Rusiya prezidenti son olaraq əlavə edib ki, ABŞ daim Rusiyada keçirilən seçkilə müdaxilə etməyə çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR