"Son zəngi" metroda qeyd etdilər -

Məzun günündə hər kəs digərlərindən fərqlənmək üçün daha kreativ üsullar tapmağa çalışır.

Binə qəsəbəsinin məzunları da bu əlamətdar günü metroda keçirmək qərarına gəliblər. Gənclərin metroda nağaranın müşayiəti ilə rəqsi böyük marağa səbəb olub.

Paytaxtın Xəzər rayonu Binə qəsəbəsindəki məktəblərdən birinin şagirdləri məzun gününü qeyri-adi bir şəkildə qeyd ediblər.

Gənclər metroda oynayarkən vaqondakı sərnişinlər da onlara dəstək olublar.

Metroda məzun gününü qeyri-adi şəkildə qeyd edən həmin gənclərlə söhbətləşmişik.

Məzunların nağara ilə metroya girişi də maraqlı olub.

Məzunlar elə metrodakı rəqslərini Xəzər TV-də də təkrarlayıblar.

İndi onların ən böyük arzusu ali məktəbə qəbul olaraq tələbə adını qazanmaqdır.

"Xəzər xəbər"in mövzu ilə bağlı hazırladığı ətraflı videomaterialı təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR