Binaların tikintisi zamanı tələblərə əməl edilmir - TƏHLÜKƏ - VİDEO

Binaların tikintisi zamanı tələblərə əməl edilmir - TƏHLÜKƏ - VİDEO
20:42 15 İyun 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Çoxmənzilli binaların çöl divarları tək kərpiclə hörülür.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu məsələ binaların daxili və çöl divarlarının qalınlığının hansı ölçüdə olması məsələsini aktuallaşdırır.
Əmlak məsələləri üzrə ekspert Şirin Şərifovun deyir ki, bütün binaların çöl divarlarının qalınlığı minimum 40 santimetr olmalıdır. Yəni binanın divarını tək qat kərpic və mişardaşı ilə hörmək olmaz. Ekspertin sözlərinə görə, daha çox kvadrat əldə etmək üçün bu tələblər bəzi hündürmərətəbəli binaların tikintisi zamanı ciddi şəkildə pozulur.
Ekspert Şirin Şərifovun bildirir ki, bu tələblərin pozulması bir sıra fəsadlara da səbəb ola bilər. Bunlardan başlıcası mənzildə rütubətliliyin çox olmasıdır. Divarların qalınlığının az olması həmçinin enerji sərfiyyatına da təsir edir.
Bu çatışmazlıqları tikinti şirkətləri tərəfindən bəzi hallarda müəyyən materiallar ilə aradan qaldırılmağa çalışılır. Ekspert deyir ki, burada da bəzi məsələlərə diqqət etmək lazmıdır.
Ekspert deyir ki, tikinti zaman bu tələblər pozularsa, həmin bina istifadəyə verilə bilməz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/554690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR