Həyat yoldaşını qoyub qaçan 56 yaşlı qadın Türkiyədə tapıldı -

"Xəzər TV"də yayımlanan, Xoşqədəm Hidayətqızının müəllifi və aparıcısı olduğu "Bizə danış" layihəsinin növbəti buraxılışı efirə gedib.

Metbuat.az-ın məlumatına görə, Cəlilabaddan Nadir adlı bir şəxs itən həyat yoldaşını axtarmaq məqsədilə proqrama qatılıb. Onun sözlərinə görə, xanımı Səbirə İsayeva 11 mart tarixində Bakıda işləmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

Hadisələrin gedişatı daha da maraqlıdır. Belə ki, Səbirə xanımı tapmaq mümkün olub. O, verilişə telefonla bağlanıb. Səbirə xanım Bakıda işlədiyi zaman tanış olduğu bir Türkiyə vətəndaşına qoşularaq, Balıkesirə köçdüyünü deyib. 56 yaşlı qadın məhz həyat yoldaşının təzyiqlərinə dözmədiyi üçün bu addımı atdığını vurğulayıb.

Həyat yoldaşının başqa birinə qoşulub qaçdığını öyrənən Nadir bəyin halı pisləşib.

Qeyd edək ki, sözügedən şəxslər rəsmi nikahda olmayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR