Ağdamda partlamamış top və tank mərmiləri tapıldı

Ağdamda partlamamış top və tank mərmiləri tapıldı
20:53 15 İyun 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdam rayonunun Əhmədağalı kəndində, rabitə xəttinin çəkiləcəyi ərazidə 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) və 1 ədəd 125 mm-lik tank mərmisi (OF-26)) aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Publika.az-a verilən məlumata görə, nəticə etibarilə 9 000 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən 1 yanvar – 15 iyun 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 163 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 775 ədəd partlamamış hərbi sursat, 191 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 115 770 kv.m ərazi (681 371 kv.m əl ilə, 1 434 940 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 886 459 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/202714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR