Sabri yenə "sarı-qırmıızılı" olacaq

Sabri yenə "sarı-qırmıızılı" olacaq
22:32 15 İyun 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"dan ayrılan Sabri Sarıoğlu karyerasını yenidən Super Liqada davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, müdafiəçinin "Kayserispor"a keçmək şansı yaranıb.
 
Bu barədə "sarı-qırmızılı" klubun prezidenti Erol Bedir açıqlama verib. O bildirib ki, Sabrinin "Qalatasaray"la müqaviləsi başa çatdıqdan sonra komandanın kapitanı Umut Bulut ona zəng edib və istəsə, "Kayserispor"da oynaya biləcəyini deyib.
 
15 il çıxış etdiyi klubundan ayrıldığı üçün olduqca üzgün və məyus olan Sabri təklif haqqında konkret fikir bildirməsə də, rədd cavabı da verməyib.
 
"Kayserispor"un futbolçu üçün yenidən təklif hazırlayacağı bildirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/554716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR