"Milan" bu qərarla sarsıldı -

Bu gün "Milan" rəhbərliyi ilə gənc qolkiper Canluici Donnarummanın meneceri Mino Rayola arasında görüş baş tutub.

Metbuat.az bildirir ki, Donnarumma "rossonerilər"lə müqavilə yeniləməkdən imtina edib. Bu barədə klubun idman direktoru Marko Fassone məlumat verib:

"Cənab Rayola bizi Donnarummanın qərarı ilə bağlı məlumatlandırdı. O, klubla müqaviləsini yeniləmək istəmir. Bu, bizi çox təəccübləndirdi, amma biz bununla kifayətlənmək niyyətində deyilik. Təməlində Donnarumma olan yeni "Milan" qurmaq istəyirik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR