Əfqanıstanda məscid yaxınlığında partlayış törədilib: ölənlər və yaralananlar var

Əfqanıstanda məscid yaxınlığında partlayış törədilib: ölənlər və yaralananlar var
23:32 15 İyun 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 iyun. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildəki məscidlərdən birinin yaxınlığında partlayış törədilib.
"Report"un məlumatına görə, bu barədə "Reuters" ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.
Nazirlik hadisənin terror hücumu olduğunu bildirib. DİN rəsmisi Nəcib Daneş bildirib ki, hücum nəticəsində ölənlər var. Hadisə yerinə xeyli sayda polis göndərilib.
Əfqanıstanın "Tolo News" telekanalı isə partlayışın məsciddə törədildiyini xəbər verib. Telekanalın məlumatında bildirilir ki, hadisə nəticəsində 6 nəfər həlak olub, 10 nəfər xəsarət alıb.
Partlayışdan sonra ərazidə atışma olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-mescid-yaxinliginda-partlayis-olub-olenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR