Çempionlar Liqasında mövsümün ən yaxşı qolu müəyyənləşdi -

UEFA-nın saytı geridə qalan Çempionlar Liqası mövsümünün ən yaxşı qolunu seçmək məqsədilə azarkeşlər arasında səsvermə keçirib.

Metbuat.az-ın məlumatına görə, "Beşiktaş"ın forvardı Cenk Tosunun "Benfika"ya vurduğu qol qalib olub.

"Yuventus"lu Mario Mandzukiçin Çempionlar Liqasının finalında "Real"a vurduğu qol yalnız qalibdən geri qalıb. Kriştiano Ronaldonun "Sportinq"in qapısından keçirdiyi qol isə üçüncü olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR