Dünya çempionumuz ürəyindən əməliyyat olundu - FOTO

Dünya çempionumuz ürəyindən əməliyyat olundu - FOTO
00:18 16 İyun 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Kikboks üzrə 3 qat dünya çempionu Fuad Zeynalov ürəyindən əməliyyat olunub.

Publika.az musavat.com-a istinadən bildirir ki, xəstəxanadan fotosunu paylaşan idmançı bu haqda sosial şəbəkədə məlumat yayıb: "Bu həyatda idmanın sayəsində çox şeylər qazandım: ad-san, əzmkarlıq, güc, çempionluq hissi, özünə güvən, iradə, yaxşı bədən forması, pul, kənardan diqqət və qayğı və s. Amma sağlamlığımın bir hissəsini itirdim. Nə isə qazanmaq üçün nə isə qurban verirsən. Bu günü də belə yola verdik. Bu günümüzə də şükür".

Qeyd edək ki, onun ürəyindən əməliyyat olunduğunu müğənni Vüqar Muradov öz səhifəsində yazıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/202727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR