Ərdoğan ABŞ-a od püskürdü:

Xəbər verdiyimiz kimi, Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona son səfəri zamanı prezidentin mühafizəçiləri və etiraz aksiyası keçirən PKK tərəfdarları arasında baş verən qarşıdurmanın yekunlarını dəyərləndirən ABŞ polisi türk liderin mühafizəçilərinin həbsinə dair order verib.

Metbuat.az-ın məlumatına görə, çox keçmədən Rəcəb Tayyib Ərdoğan məsələyə münasibət bildirib. Türkiyə prezidenti ABŞ qanunvericiliyini sərt sözlərlə tənqid edib:

"ABŞ-da idim. PKK terror qruplaşması və FETÖ-çülər birləşdilər və təxminən 40-50 m uzaqlıqda mənə qarşı etiraz eksiyası keçirməyə başladılar. Amerika polisi heç bir şey etmədi. Analoji hadisə Türkiyədə baş versə, düşünün, nələr olardı. Reaksiya verməmələri bir yana, dünən vətəndaşlarımızdan ikisini həbs ediblər. Belə bir şey ola bilərmi?

Mühafizəçilərimdən 12-si haqqında həbs qərarı çıxarıblar. Bu necə qanundur, bu necə hüquqdur? Bu mühafizəçilər məni qorumayacaqlarsa, onları nə üçün Amerikaya aparıram? Amerikanın Hansı və Corcu ilə özümü qorumalıyam?"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR