Paytaxtda iki piyadanı maşın vurdu

Paytaxtda iki piyadanı maşın vurdu
01:44 16 İyun 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

Dünən axşam saatlarında Bakı şəhərində iki piyada vurma hadisəsi qeydə alınıb.

 

APA-nın verdiyi xəbərə görə, Bakının Xətai rayonunda, Neapol dairəsi yaxınlığında 1990-cı il təvəllüdlü Səfərov Vüqar Mirxan oğlunu avtomobil vurub. O, kəllə-beyin travması və bud sümüyünün sınığı xəsarətləri ilə Bakı şəhər 3 saylı xəstəxanasına çatdırılıb.

 

Daha bir piyada vurma hadisəsi isə Bakının Nizami rayonu, Şərifli küçəsində baş verib. Belə ki, 1968-ci il təvəllüdlü Cəfərova Nüşabə Akif qızını maşın vurub. C. Nüşabə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bakı şəhər 3 saylı xəstəxanaya yerləşdirilib.

 

Hadisələri törədən şəxslər polis tərəfindən saxlanılıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277073

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR