İŞİD Kabildəki partlayışa görə məsuliyyəti üzərinə götürüb

İŞİD Kabildəki partlayışa görə məsuliyyəti üzərinə götürüb
03:07 16 İyun 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ İŞİD terror qruplaşması Əfqanıstanın paytaxtı Kabil şəhərindəki şiə məscidində baş vermiş partlayışa görə məsuliyyəti üzərinə götürüb.
"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.
Son məlumata görə, Əfqanıstan paytaxtındakı Əz-Zəhra məscidində törədilmiş partlayış zamanı 6 nəfər ölüb, 10 nəfər xəsarət alıb. "TOLO News" telekanalının xəbərində qeyd edilir ki, ölənlər arasında tanınmış biznesmen Ramazan Hüseynzadə də var.
Əfqanıstanın Daxili İşlər Nazirliyi (DİN) hadisənin terror hücumu olduğunu bildirib. DİN rəsmisi Nəcib Daneş bildirib ki, hücum nəticəsində ölənlər var. Hadisə yerinə xeyli sayda polis göndərilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-si-d-kabildeki-partlayisa-gore-mesuliyyeti-uzerine-goturubav

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR