Serbiya hökumətinə ilk dəfə qadın başçılıq edəcək

Serbiya hökumətinə ilk dəfə qadın başçılıq edəcək
04:12 16 İyun 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ Serbiya prezidenti Aleksandr Vuçiç ölkənin baş naziri postuna Ana Brnabiçin namizədliyini irəli sürüb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumatda bildirilir ki, ilk dəfə olaraq Serbiyada hökumətə qadın başçılıq edə bilər. Hazırda Brnabiç dövlət idarəçiliyi üzrə nazir vəzifəsini tutur.
Vuçiç Brnabiçin öz ixtisasına və şəxsi keyfiyyətinə görə hökumətə rəhbərlik edə biləcəyinə və ölkənin maraqları çərçivəsində işləyəcəyinə əminliyini ifadə edib.
Brnabiçin baş nazir postuna namizədliyini Serbiya parlamenti təsdiqləməlidir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/serbiya-hokumetine-ilk-defe-qadin-basciliq-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR