Çempionlar Liqasında vurulan ən yaxşı qolun müəllifi bəlli oldu (VİDEO)

Çempionlar Liqasında vurulan ən yaxşı qolun  müəllifi bəlli oldu (VİDEO)
05:55 16 İyun 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Səsvermənin nəticələrinə görə Çempionlar Liqasında vurulan ən yaxşı qolun müəllifi Türkiyənin “Beşiktaş” futbol klubunun forvardı Cenk Tosun oldu.

Trend-in UEFA-nın saytına istinadən verdiyi məlumata görə, Tosunun “Beşiktaş”- “Benfika” görüşündə (3:3) vurduğu qol 41 faiz səs toplayıb. Bununla da türkiyəli forvard səsvermədə "Yuventus" klubunun oyunçusu Mario Manjukiçi və "Real"-dan Kriştiano Ronaldunu qabaqlaya bilib.

Maraqlıdır ki, UEFA-nın texniki müşahidəçiləri bir müddət öncə Çempionlar Liqasında vurulan ən yaxşı qolun müəllifini seçəndə, ən yaxşı qolun müəllifi kimi məs Mario Manjukiçi seçiblər, Tosunun vurduğu qol isə heç onluğa düşməmişdi.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2767058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR