Çində uşaq bağçasında baş vermiş partlayışda 8 nəfər ölüb

Çində uşaq bağçasında baş vermiş partlayışda 8 nəfər ölüb
05:57 16 İyun 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ Çində uşaq bağçalarından birində baş vermiş partlayış zamanı ölənlərin sayı 8 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə "China Global Television Network" "Twitter"də xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Çzyansu vilayətində qeydə alınıb. Hakimiyyət orqanlarının məlumatına görə, hadisə zamanı həmçinin 66 nəfər xəsarət alıb.
İlkin məlumata görə, partlayışa səbəb qaz balonu olub.



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinde-usaq-bagcasinda-bas-vermis-partlayisda-8-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR