Sərxoş piyada yolu keçərkən maşın vurdu - ŞƏMKİRDƏ

Sərxoş piyada yolu keçərkən maşın vurdu - ŞƏMKİRDƏ
07:28 16 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə gecə saatlarında piyadanın vurulması ilə nəticələnmiş yol-nəqliyyat qəzası baş verib.

Publika.az xəbər verir ki, rayon sakini, 1966-ci il təvəllüdlü Xəyyam Əhmədov yolu keçmək istəyən zaman onu avtomobil vurub. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır qiymətləndirib. X.Əhmədovun hadisə baş verən zaman sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/202738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR