ABŞ və Rusiya danışıqları məxfi saxlayacaqlar

ABŞ və Rusiya danışıqları məxfi saxlayacaqlar
08:04 16 İyun 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ və Rusiya Baş Qərargah rəisləri Cozef Danford və Valeri Gerasimov aralarında keçirilmiş danışıqların detallarının məxfi saxlanılmasına dair razılığa gəliblər.  APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə ABŞ  Baş Qərargahından bildirilib.

 

Bundan əvvəl Pentaqon nümayəndəsi Ceyms Mettis  Danfordun Gerasimovla Baltik regionunda avqust və sentyabrda keçiriləcək hərbi təlimlər zamanı insidentlərin aradan qaldırılmasına dair məsələləri müzakirə edib.

 

“General Danford və general Gerasimov mütəmadi olaraq qarşılıqlı maraq doğuran bir çox məsələlər üzrə danışıqlar aparırlar. Onlar aparılan danışıqların detallarının məxfi saxlanılmasına dair razılığa gəliblər” – deyə mənbə bildirib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277085

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR