Azərbaycanda pornoqrafik videoları satan şəxlər saxlanılıb - FOTO

Azərbaycanda pornoqrafik videoları satan şəxlər saxlanılıb - FOTO
08:42 16 İyun 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda pornoqrafik videoçarxların satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Milli.Az report.az-a istinadən bildirir ki, rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında keçirlən əməliyyat zamanı şəhərin Təbriz küçəsində yerləşən internet klubun işçiləri - Cavid Ağakərim oğlu Nəzərov və Hamil Rasim oğlu Xəlilov şübhəli şəxs qismində saxlanılıblar.

Məlum olub ki, onlar çalışdıqları yerdə internet vasitəsilə əldə etdikləri pornoqrafik videogörüntüləri yaddaş kartına köçürərək müxtəlif yaş həddindən olan azyaşlılara və gənclərə satıblar. Hər iki şəxs bu yollla əldə etdikləri pulları öz aralarında bölüb.

Saxlanılanlar törətdikləri əməli etiraf ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/554757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR