Zaur qol vurdu, "Qəbələ" uduzdu

Zaur qol vurdu, "Qəbələ" uduzdu
09:17 16 İyun 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

Avstriyanın Tirol bölgəsindəki İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində təlim-məşq toplanışında olan “Qəbələ” ikinci yoxlama oyununu keçirib. Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar” Rusiyanın “Axmat” klubu (keçmiş "Terek") ilə qarşılaşıb. 


Roman Qriqorçuk bu oyunda aşağıdakı start “11-liy”inə şans verib: Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rasim Ramaldanov, Vitali Vernidub, İlqar Qurbanov, Elvin Camalov, Qismət Alıyev, Ülvi İbazadə, Asif Məmmədov, Filip Ozobiç, Baqali Dabo.


Görüşün ilk yarısında qapılara qol vurulmayıb. Qarşılıqlı hücumlar edən komandalar fasiləyə bərabərliklə yollanıb. Oyunun ikinci hissəsinin əvvəlində Rusiya təmsilçisi hesabı açıb. “Axmat”ın vurduğu bu qol görüşdə yeganə olub. Çeçenistan təmsilçisi qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb. Matçın yeganə qoluna 49-cu dəqiqədə Zaur Sadayev imza atıb.


Xatırladaq ki, ilk matçında yerli “Fulpmes”ə 8:0 hesabı ilə qalib gələn “Qəbələ” növbəti oyununu iyunun 19-da keçirəcək. “Qırmızı-qaralar” Bolqarıstanın “Botev” klubu ilə üz-üzə gələcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-zaur-qol-vurdu-quotqblquot-uduzdu-t58707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR