Londonda yenə yaşayış binası yanır

Londonda yenə yaşayış binası yanır
09:37 16 İyun 2017
34 Dünya
Ölkə mətbuatı
A- A+

Londonun şərqində Şedvell rayonunda daha bir yaşayış binasında yanğın baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, binadakı sakinlərdən yanğınla bağlı telefon zənglərindən dərhal sonra hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar.

Hazırda yanğının qarşısının alınması istiqamətində əməliyyat aparılır.

Yanğın yaşayış binasının sonuncu mərtəbəsində baş verib.

Yanğının baş vermə səbəbləri məlum deyil. Xəsarət alanlar barədə hələ məlumat daxil olmayıb.

Qeyd edək ki, bu yanğın 2 gün öncə Londonda yaşayış binasında baş vermiş və 17 nəfərin həyatına son qoymuş dəhşətli yanğının ardınca baş verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/554784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR