Aİ-nin qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Azərbaycanda səfərdədir

Aİ-nin qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Azərbaycanda səfərdədir
09:52 16 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han Azərbaycana səfərə gəlib.
"Report" xəbər verir ki, birgünlük səfər zamanı Y.Han noyabrda Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələlərini müzakirə edəcək.
"Şərq Tərəfdaşlığı" sammitini, eləcə də yaxın gələcəkdə əməkdaşlığımızı necə genişləndirə və dərinləşdirə biləcəyimizi müzakirə etmək məqsədilə Azərbaycana - Avropa İttifaqı üçün vacib tərəfdaş olan ölkəyə səfər edirəm. Avropa İttifaqı Azərbaycanın vətəndaş cəmiyyətlərini də prosesə cəlb etməklə əhəmiyyətli iqtisadi və demokratik islahatlara nail olmaq üçün göstərdiyi səylərdə dəstək olmağa hazırdır", - Y.Han Bakıya səfərindən əvvəl bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/ai-nin-qonsuluq-siyaseti-ve-genislenme-uzre-komissari-azerbaycanda-seferdedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR