Ağac avtomobilin üzərinə aşdı: yaralı var - FOTO

Ağac avtomobilin üzərinə aşdı: yaralı var - FOTO
10:05 16 İyun 2017
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir şəhərində ağac hərəkətdə olan maşının üzərinə aşıb, sürücü xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi ərazisində baş verib. 
Belə ki, şəhər sakini, 1987-ci il təvəllüdlü Rəvan Ramiz oğlu Əliyev idarə etdiyi 90-FP-566 dövlət qeydiyyat nömrə nişanlı "Nissan-Sunny" markalı avtomobillə hərəkətdə olan zaman güclü külək iri gövdəli ağacı kökündən qopararaq avtomobilin üzərinə aşırıb. 

Nəticədə sürücü deformasiyaya uğrayan avtomobilin içində qalıb. Köməksiz vəziyyətdə qalan sürücü ətrafdakıların köməyi ilə avtomobildən çıxarılıb və Mingəçevir Şəhər Mərəkəzi Xəsətəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/554787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR