Azərbaycanın bağlanmış bankının Bakı Fond Birjasındakı payı satışa çıxarılır

Azərbaycanın bağlanmış bankının Bakı Fond Birjasındakı payı satışa çıxarılır
10:07 16 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “United Credit Bank” ASC-nin ("UCB") “Bakı Fond Birjası” QSC-dəki payını satışa çıxarmağa hazırlaşır.
Bu barədə “Report”a Fonddan bildirilib.
Məlumata görə, payın satılması məsələsi BFB-nin səhmdarlarının iyunun 14-də keçirilmiş ənənəvi yığıncağında müzakirə obyekti olub. Yığıncaqda iştirak edən ADIF-in nümayəndəsinə bununla bağlı hüquqi prosedurlara başlamaq və "UCB"-nin payını digər səhmdarlara təklif etmək tövsiyə olunub.
Xatırladaq ki, "UCB"-nin lisenziyası ötən ilin yanvar ayında ləğv edilib. Bank BFB-nin səhmlərinin 4,76%-nə nəzarət edir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-baglanmis-bankinin-baki-fond-birjasindaki-payi-satisa-cixarilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR