Tarixdə bu gün nələr baş verib?

16 iyun 1633-cü ildə İnkvizisiya məhkəməsi Qalileo Qalileyin bidətə görə cəzalandırılması barədə qərar çıxarıb.

1815-ci ilin bu günündə Napoleon Bonapart Linyi döyüşündə özünün sonuncu qələbəsini qazanıb.

16 iyun 1865-ci ildə Daşkənd şəhəri rus qoşunları tərəfindən ələ keçirilib.

1903-cü ilin bu günündə "Ford" motor şirkəti yaradılıb.

16 iyun 1963-cü ildə ilk qadın kosmonavt Valentina Tereşkovanı daşıyan "Vostok-6" gəmisi kosmosa buraxılıb.

1992-ci ilin bu günündə Azərbaycan Respublikası ilə Rumıniya arasında diplomatik əlaqələr qurulub.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR