Tovuzda 2 yaşlı uşaq qaynar su ilə dolu olan qazanın içinə düşüb

Tovuzda 2 yaşlı uşaq qaynar su ilə dolu olan qazanın içinə düşüb
10:37 16 İyun 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 16 iyun. REPORT.AZ/ Tovuz rayonunda iki yaşlı uşaq qaynar su ilə dolu olan qazanın içinə düşüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib. 
Belə ki, kənd sakini, 2015-ci il təvəllüdlü Səkinə Bəxtiyar qızı Əsgərova yaşadığı evdə ehtiyatsızlıq nəticəsində içərisi qaynar su ilə dolu olan qazanın içinə düşüb. 
Nəticədə yanıq xəsarətləri alan azyaşlı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-2-yasli-usaq-qaynar-su-ile-dolu-olan-qazanin-icine-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR