Azərbaycanda manatla banklararası kreditlər ucuzlaşıb

Azərbaycanda manatla banklararası kreditlər ucuzlaşıb
10:37 16 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanda manatla banklararası kreditlər cari ilin aprel ayında ucuzlaşmağa davam edib. Manatla kreditlər üzrə orta faiz apreldə 1,39 faiz bəndi azalaraq cari il mayın 1-nə 11,09% təşkil edib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.
Xarici valyutada verilən kreditlərdə isə orta faiz 9,45%-dən 9,74%-ə yüksəlib.
Hesabata əsasən, ən bahalı banklararası kreditlər 30-90 günlük kreditlərdir. Belə ki, bu müddətə manatla verilən kreditlər üzrə orta faiz 20,62%, xarici valyutada isə 17,19% təşkil edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-manatla-banklararasi-kreditler-ucuzlasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR