Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır: 23 min nəfərlik heyətlə

Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır: 23 min nəfərlik heyətlə
10:43 16 İyun 2017
30 Digər
Ölkə mətbuatı
A- A+

İyun ayının 19-dan döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Təlimlər iyunun 24-dək davam edəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/202764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR