ABŞ Əfqanıstanda hərbi kontingenti artırır

ABŞ Əfqanıstanda hərbi kontingenti artırır
10:53 16 İyun 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Əfqanıstanda hərbi kontingentini 4 min nəfər artırmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu haqda Ağ Evdəki mənbələrə istinadən “Assoşieyted Press” agentliyi bildirib.

Mənbə qeyd edib ki, qərar rəsmən növbəti həftənin əvvəlində elan edilə bilər.

Daha əvvəl ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib ki, Konqres prezident Donald Trampa Əfqanıstanda Amerika hərbçilərinin sayının nisbi artırılması barədə qərar qəbul etməyə səlahiyyət verib.

Pentaqon rəhbəri həmçinin Əfqanıstanda müharibədə məğlub olduqlarını etiraf edib. O, Əfqanıstanla bağlı Pentaqonun yeni strategiyasının iyulda Konqresə təqdim ediləcəyini bildirib:

“Vəziyyətin ciddiliyini anlayıram və bunun mənim məsuliyyətim olduğunu da bilirəm. Biz Əfqanıstandakı müharibədə məğlub oluruq. Bunu ən qısa müddətdə düzəldəcəyik”.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR