Yazıçı və jurnalist Aleksandr Proxanov: "Azərbaycanlılar Rusiyada güclü diaspor yarada biliblər"

Yazıçı və jurnalist Aleksandr Proxanov: "Azərbaycanlılar Rusiyada güclü diaspor yarada biliblər"
10:57 16 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskva. 16 iyun. REPORT.AZ/ "Azərbaycanlılar Rusiyada güclü diaspor yarada biliblər".
Bunu "Report"un Rusiya bürosuna açıqlamasında "Zavtra" qəzetinin baş redaktoru, rusiyalı publisisit və ictimai xadim Aleksandr Proxanov deyib.
Onun sözlərinə görə, Rusiya və Azərbaycan arasında münasibətlər bir ara dalana dirənmiş vəziyyətdə olub, lakin bu, qısamüddətli hal olub.
O, həmçinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi məsələsinə münasibət bildirib. A.Proxanov fikrincə, Azərbaycan diasporu Rusiyada ən güclülərdən biridir.
"Azərbaycanlılar Rusiyaya gəlib və burada diasporlarını yaradıblar. Moskvada çoxlu azərbaycanlı tanıyıram. ÜAK-ın ləğv edilməsi nə Rusiya-Azərbaycan münasibətlərinə, nə də diasporun fəaliyyətinə təsir edə bilməz. Çünki diaspor təşkilat deyil, insanların formalaşdırdığı icmadır. İnsanları isə ləğv etmək mümkün deyil", - o bildirib.
Tanınmış ictimai xadim eyni zamanda Azərbaycan ilə mənəvi əlaqələri barədə danışıb: "Əcdadlarım molokandırlar, İvanovka kəndində anadan olub və böyüyüblər. Buna görə də Azərbaycan mənim üçün mənəvi vətəndir".
O, son zamanlarda Bakıda nadir hallarda olduğunu, amma iyul ayında paytaxtımıza səfər etməyi planlaşdırdığını vurğulayıb

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/yazici-ve-jurnalist-aleksandr-proxanov-azerbaycanlilar-rusiyada-guclu-diaspor-yarada-bilibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR