AMEA prezidenti: "Azərbaycan elmi özü vəsait qazanmalıdır"

AMEA prezidenti: "Azərbaycan elmi özü vəsait qazanmalıdır"
11:02 16 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ "Azərbaycan elminin innovasiyaları var, lakin onların tətbiqi zamanı çətinliklərlə üzləşir. Azərbaycanda bizneslə elmin əlaqəsinin yaranması üçün biznes bazası mövcud deyil".
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.
"Aydındır ki, Azərbaycan biznesi gəncdir, Azərbaycan elminə çox maraq göstərmir. Risk etməyi hələ düşünmür. Hesab edirəm ki, Azərbaycan elmi özü vəsait qazanmalıdır. Alimlər biznesin qarşısında borcludurlar. Onlar iş adamlarında maraq oyatmalıdırlar", - deyə A.Əlizadə bildirib.
AMEA prezidentinin sözlərinə görə, xaricdəki xırda ixtiranın gəlir gətirməsi mexanizmi Azərbaycanda yoxdur: "Müəlliflər gəlir gətirən ixtiralarından stimul alırlar. Hesab edirəm ki, qanunvericilikdə alimin ixtirasından 20-30% gəlir əldə etməsi qeyd edilməlidir. Ölkədə faktlar var ki, azərbaycanlı alimlərin ixtiralarından yerli dövlət və özəl şirkətlər böyük gəlir əldə edir. Lakin alimə hər hansı vəsaitin verilməsi heç kimin yadına düşmür".
Azərbaycanda elmin kifyayət qədər əldə etdiyi nailiyyətlərin olduğunu qeyd edən A.Əlizadə əlavə edib ki, elm bizneslə ölkənin inkişafı naminə təmas yaratmalıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/amea-prezidenti-azerbaycan-elmi-ozu-vesait-qazanmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR