Könül Xasıyeva "Maşın" şounun finalını kulisdə izlədi - FOTO

Könül Xasıyeva "Maşın" şounun finalını kulisdə izlədi - FOTO
11:05 16 İyun 2017
167 Şou
Ölkə mətbuatı
A- A+

Bir müddətdir səhhətində problem olan xalq artisti Könül Xasıyeva ötən gün "Maşın" realiti-şounun qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xəstəxanada müalicə alan muğam ifaçısı studiyaya əlil arabasında gətirilib.

Onurğa iflicindən əziyyət çəkən K.Xasıyeva canlı yayıma girməyib, kulisdə proqramı izləyib.

Şounun aparıcısı Murad Dadaşov bildirib ki, aparıcı hacı Nuran Hüseynovun "Həyat" fondu K.Xasıyevanın müalicəsinə dəstək olur.

H.Nuran "Könül xanım özünə qapanmışdı. Onu depressiyadan çıxarmağa çalışırdıq. İstərdim ki, sənət dostları gedib ona baş çəksin. İnanırıq ki, bir neçə aydan sonra ayağa qalxacaq və biz onu səhnədə görəcəyik" deyə, əlavə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/554817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR