Azərbaycanda universitet "Made in Azerbaijan" brendi altında məhsullar istehsal edəcək

Azərbaycanda universitet "Made in Azerbaijan" brendi altında məhsullar istehsal edəcək
11:29 16 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Dövlət və Sənaye Universiteti "Made in Azerbaijan" brendi altında məhsullar istehsal edərək onları bazara çıxaracaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət və Sənaye Universitetinin rektoru Mustafa Babanlı II Startap və İnnovasiya Festivalında çıxış edərkən deyib.

Rektorun sözlərinə görə, Azərbaycan Dövlət və Sənaye Universitetinin rektoru Mustafa Babanlı deyib ki, indiyədək universitetin "erazi Start" Startap və İnnovasiya Mərkəzində onlarla layihə hazırlanıb. Festivalda təqdim olunan 20 layihənin özəlliyi onların prototipinin hazırlanmasıdır. ADNSU bu ilin sonunadək həmin layihələrdən bir necəsi üzrə istehsalın təşkil edilməsini və məhsulların "Made in Azerbaijan" brendi altında bazara çıxarılmasını planlaşdırır.

M.Babanlı qeyd edib ki, ADNSU-da yeni açılan Lazer Mərkəzi ilk mərhələdə təhsil mərkəzi kimi fəaliyyət göstərərək tələbələrə bu sahədə biliklərin verilməsini nəzərdə tutur. Lazımi nəzəri baza və biliklərə yiyələndikdən sonra burada iqtisadiyyat və sənayenin müxtəlif sahələrində istifadə olunan avadanlıqların təmiri və bərpasının həyata keçirilməsi, eyni zamanda lazer başlıqlarının istehdalının təşkili nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2767173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR