“Google” mobil prosessor hazırlayır

“Google” mobil prosessor hazırlayır
11:35 16 İyun 2017
Ölkə mətbuatı
A- A+

İndi smartfon istehsalçıları başqa şirkətlərin hazır həllərindən imtina edərək öz komponentlərini yaratmağa üstünlük verirlər. Bu, xüsusilə prosessorlara aiddir: prosessor istehsalı ilə məşğul olan istehsalçılar sistemi aparat üçün daha yaxşı optimallaşdırmaq imkanı əldə edirlər. İndi “Apple”, “Samsung”, “Huawei” və hətta “Xiaomi” şirkətləri öz prosessorlarını istehsal edirlər. Şayiələrə görə, “Apple” və “Samsung” şirkətləri, həmçinin qrafik sürətləndiricilər hazırlamaq niyyətindədirlər. İndi isə məlum olub ki, ötən il “Pixel” və “Pixel XL” smartfonlarını təqdim etmiş “Google” şirkəti mobil prosessor hazırlamaq niyyətindədir.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, məlumata görə, axtarış nəhəngi “Apple” şirkətinin mühəndisi Manu Qulatini işə götürüb. 2009-cu ildən “Apple”da işləyən Manu şirkətin mobil prosessorlarının hazırlanmasında vacib rol oynayıb. Manu Qulati artıq 2 aydır “Google” şirkətində çalışır.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-48453-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR